Qocalmaq istəməyənlər hər gün tum çırtlasın

Qocalmaq istəməyənlər hər gün tum çırtlasın
23:52 8 Yanvar 2016
109 Sosial
Ölkə mətbuatı
A- A+

Qida mütəxəssisləri tumun yaşlanmanı yavaşlatdığını və xərçəngdən qoruduğunu deyib.

Çünki tumun tərkibindəki E vitamini və selenium ağ qan hüceyrəsi ifrazını artıraraq yaşlanmanı yavaşladır.
 
Milli.Az lent.az-a istinadn bildirir ki, mütəxəssislər E vitamini və seleniumun birlikdə göz sağlığı başda olmaqla xərçəngə və funksional pozuntulara qarşı da qoruma təşkil etdiyini deyir. Gündəlik olaraq az miqdarlarda almalı olduğumuz selenium, E vitamini ilə birlikdə bədənə antioksidan təsir göstərir.
 
Yaşlanmanı yavaşladır
 
Seleniumun azalması yaşlanmaya səbəb olan ağ qan hüceyrəsi ifrazını artıraraq yaşlanmanı yavaşladır.
 
Yetkin insanların gündə 50 mq selenium almağı tövsiyə olunur. 100 qramında 79 mq selenium olan tum gündəlik selenium ehtiyacını qarşılayır.
 
30 qram tum gündəlik E vitamin qəbulu miqdarının yüzdə 76-nı qarşılayır. Bu vitamin xərçəngə və funksiya pozuntularına səbəb olan molekullara qarşı antioksidan funksiyası daşıyır.
 
Araşdırmalara görə, daha çox E vitamini qəbul edənlərin infarkt riski daha azadır.
 
Bundan başqa bu vitaminin digər vitaminlərlə birləşərək gözlərin sağlam görməsini və sarı nöqtə pozuntusuna qarşı qoruduğu deyilir. Həmçinin tum ürək və damar xəstəliklərinə faydalı olan folat və maqneziumla da zəngindir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/396407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR