Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ekzotik zoopark - VİDEO

Azərbaycanda ekzotik zoopark - VİDEO

Date: 8 January 2016 23:52

Astara sakini ekzotik quşlardan ibarət zoopark yaradıb.

ANS TV-nin məlumatına görə, Astara şəhər sakini Murad Muradovun həyətyanı sahəsində yaratdığı mini zooparkda bəslədiyi ekzotik, nadir quşları yerində seyr etmək, təmasda olmaq insanda xoş əhval, gözəl ovqat yaradır. Ən əsası, qışın cansıxıcı mənzərəsinə sanki əlvan rəng qatır. İxtisasça hüquqşunas olan Muradın quşlara sevgisi, dediyinə görə, uşaq yaşlarından başlayıb. İlk əvvəl meylini göyərçinlərə salıb, sonradan isə nadir quşların aludəçinə çevrilib. 

Zooparkda ən bahalı heyvan qara qanad tovuzquşudur. Bu quş öz gözəlliyi ilə də seçilir. 

Hazırda mini zooparkında 20-yə qədər nadir qırqovul, bir neçə növ tovuzquşu bəsləyən Murad quşların düzgün qidalanmasına, xəstəliklərdən qorunmasına böyük diqqət yetirir. Quş həvəskarı həm də xaricdən alıb gətirdiyi quşları özü çoxaltmaq fikrindədir.

Quşları adətən İrandan, Türkiyə, Rusiyadan gətirir. Bu quşlar peyvənd olur və öyrəşdilir. Həmçinin quşlar çöl şəraitində qalır. Azərbaycanın hansı yerinə aparsan, orada yaşaya bilər.

Təbiətdə, Allahın yaratdığını sevmək və gözəlliyi artırmaq lazımdır. Bu gözəlliyi qoruyub artırmaq isə Muradın ən böyük arzusudur.

Milli.Az


Tags:  Azərbaycanda ekzotik zoopark VİDEO

RƏYLƏR


Top news