Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sneyderdən xanımına 750 minlik hədiyyə

Sneyderdən xanımına 750 minlik hədiyyə

Date: 8 January 2016 23:57

"Qalatasaray"ın ulduz futboçusu Uesli Sneyderin həyat yoldaşına aldığı üzük böyük marağa səbəb olub.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu həyat yoldaşı Yolante Kabau və körpə oğlu Xesus Xava ilə 2015-ci ilin son günlərində Dubaya istirahətə gedib. Cütlük tətildə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.

Oğlu ilə fotosunu paylaşan Yolantenin barmağındakı üzük izləyicilərin diqqətini cəlb edib. Sneyderin 6 karatlıq briliant üzüyü həyat yoldaşına oğlunu dünyaya gətirdiyinə görə hədiyyə etdiyi bildirilir. Həmin üzüyün qiymətinin isə 750 min lirə (təxminən 375 min manat) olduğu deyilir.

Yolantenin qadın izləyiciləri "Şəkildə üzükdən başqa heç nəyə baxa bilmirəm", "Xahiş edirəm, 2016-cı il bizə də Sneyder versin" tipli şərhlər yazıblar.

Milli.Az


Tags:  Sneyderdən xanımına 750 minlik hədiyyə

RƏYLƏR


Top news