Zəlimxan Yaqubun səhhətindən xəbər var

Zəlimxan Yaqubun səhhətindən xəbər var
00:01 9 Yanvar 2016
184 Şou
Ölkə mətbuatı
A- A+

Xalq şairi Zəlimxan Yaqubun səhhəti getdikcə ağırlaşır. Şairin sağlıq durumunda yaranan problemlər gün-gündən kəskinləşir, müalicə heç bir nəticə vermir.

Axşam.az xəbər verir ki, ailəsindən publika.az-a verilən məlumata görə, şair həkim nəzarəti altındadır. Bütün səylərə baxmayaraq, onun sağlıq durumunda yaxşılığa doğru heç bir dəyişiklik yoxdur:

“Təəssüf ki, Almaniyadan qayıdandan bəri səhhətində müsbət irəliləyiş yoxdur. Narahatlıqları artıb. Böyrək çatışmazlığından əziyyət çəkir, böyrək köçürülməsi mümkünsüz olduğundan xəstəlik gün-gündən şiddətlənir”.
 
Öyrəndik ki, əvvəllər həftədə bir dəfə dializ olunan xalq şairi həkimlərin qərarı ilə indi bu proseduranı həftədə üç dəfə qəbul edir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR