"Barselona"nın ulduzu rüşvətxorluqda ittiham olunur (FOTO)

"Barselona"nın ulduzu rüşvətxorluqda ittiham olunur (FOTO)
00:01 9 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” və Braziliya yığmasının hücumçusu Neymar dələduzluqda və rüşvətxorluqda ittiham olunub.

ANS PRESS-in məlumatına görə, İspaniya prokurorluğu futbolçunun atasına və “Barselona” klubunun prezidenti Jozepa Bartomeuya qarşı da ittiham irəli sürüb. Prokurorluq Neymarı dələduzluqda və rüşvətxorluqda ittiham etdiyi üçün dindirib.

Hətta, “Barselona” klubunun keçmiş prezidenti Sandro Rossel, “Santos” klubunun eks prezidentləri Luis Alvaro de Oleveyra və Odilio Rodriqes də muhakim olunublar.


Jozepa Bartomeu - "Barselona"nın prezidenti

DIS investisiya fondu bəyan edir ki, Neymarın “Santos” klubundan “Barselona” klubuna transferinə görə məbləğdən 40% almalıdır. Fond iddia edir ki, 17,1 milyon avro alıb, hansı ki, “Barselona” Neymarın transferinə 83,3 milyon avro ödəyib.


Neymarın atası

DIS Neymarı fond ilə anlaşmanı pozduğu üçün ittiham edir.

2013-cü ildə Neymar "Barselona"nın uzun cəhdlərdən sonra "Santos" klubundan transfer olunub. Braziliyalı futbolçu 2018-ci ilə qədər "Barsa"da oynayacağına dair imza atıb. Neymar "Barselona"da 74 oyunda 45 qol vurub.

"Barselona" İspaniya çempionatında 17 oyundan sonra 39 xalla 2-ci pillədədir. Kataloniya təmsilçisi "Atletiko Madrid"dən 2 xal geridədir. Lakin "Barsa"nın ehtiyatda 1 oyunu var.


İspaniya çempionatının turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR