Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Əl-Qaidə” Madriddə terror törədəcəyini bəyan edib

“Əl-Qaidə” Madriddə terror törədəcəyini bəyan edib

"Ağ dəbilqəlilər” “Əl-Qaidə”nin bir hissəsidir? (21 Mart 2017 09:12)
Terrorçuların hücumu: 11 Yəmən hərbçisi həlak oldu (05 Mart 2017 23:58)
Yəməndə terakt: 11 hərbçi həlak oldu (05 Mart 2017 23:42)

Tarix: 9 Yanvar 2016 00:08


Madrid, 9 yanvar, AZƏRTAC 
“Əl-Qaidə” terror təşkilatının “İslam Məğribi” qolu yaydığı son videomüraciətdə yaxın zamanlarda Madrid, Roma və Neapolda terrorlar təşkil edəcəklərini deyib.
13 dəqiqəlik videomüraciətdə “Əl-Qaidə”nin hərbçisi deyir: “Hazırda onlar bizim, islamın torpaqlarındadırlar. Lakin Allahın iradəsi ilə tezliklə biz onları öz torpaqlarında cəzalandıracağıq. Biz Neapolda, Romada və Madriddə, həmçinin digər regionlarda partlayışlar törədəcəyik”.
İspan kəşfiyyatının əməkdaşları hesab edirlər ki, çəkiliş Malidə aparılıb. Videorolikdə ispan cihadının lideri sayılan Əbu əl-Nur əl-Andalusi də görünür. Son dövrlərədək o, Melilya şəhərində yaşayırdı və yerli müsəlmanları cihada səsləyirdi.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Teqlər:  Əl-Qaidə Madriddə terror törədəcəyini bəyan edib



RƏYLƏR


Top xəbərlər