Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Əl-Qaidə” Madriddə terror törədəcəyini bəyan edib

“Əl-Qaidə” Madriddə terror törədəcəyini bəyan edib

Date: 9 January 2016 00:12

Bakı. 9 yanvar. REPORT.AZ/ “Əl-Qaidə” terror təşkilatının “İslam Məğribi” qolu yaydığı son videomüraciətdə yaxın zamanlarda Madrid, Roma və Neapolda terrorlar təşkil edəcəklərini deyib.
13 dəqiqəlik videomüraciətdə “Əl-Qaidə”nin hərbçisi deyir: “Hazırda onlar bizim, islamın torpaqlarındadırlar. Lakin Allahın iradəsi ilə tezliklə biz onları öz torpaqlarında cəzalandıracağıq. Biz Neapolda, Romada və Madriddə, həmçinin digər regionlarda partlayışlar törədəcəyik”.
İspan kəşfiyyatının əməkdaşları hesab edirlər ki, çəkiliş Malidə aparılıb. Videorolikdə ispan cihadının lideri sayılan Əbu əl-Nur əl-Andalusi də görünür. Son dövrlərədək o, Melilya şəhərində yaşayırdı və yerli müsəlmanları cihada səsləyirdi.

Tags:  Əl-Qaidə Madriddə terror törədəcəyini bəyan edib

RƏYLƏR


Top news