Azərbaycan üçün çox böyük hadisə (VİDEO)

Azərbaycan üçün çox böyük hadisə (VİDEO)
00:26 9 Yanvar 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın Azərbycan prezidenti İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərə daha da müsbət təsir edəcək.

Bu addım iki ölkə arasındakı münasibətlərə daha necə təsir edə bilər? Millət vəkili Qüdrət Həsənquliyev bu məsələlərə aydınlıq gətirib.

- Obamanın İlham Əliyevi dəvət etməsi iki ölkə arasındakı münasibətlərin inkişafına necə təsir edəcək?


– Qeyd edim ki, bu Azərbaycan üçün çox böyük bir hadisədir. Ona görə ki, dünyanın süper dövlətinin başçısı Azərbaycanı belə bir möhtəbər tədbirə dəvət edib. Belə tədbirlər Azərbaycan üçün böyük bir şansdır ki, Azərbaycan prezidenti Azərbaycanın ən böyük - Dağlıq Qarabağ problemini, eləcə də Azərbaycana qarşı həyata keçirilən təcavüzü dünya liderlərinin diqqətinə çatdıra bilsin.

Hesab edirəm ki, bu hadisə doğurdan da Azərbaycan üçün əhəmiyyətlidir. Qeyd etdiyiniz kimi Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında müəyyən gərginlik yaşanır. Bu gərginliyin də səbəbi Amerika Birləşmiş Ştatlarının bəzi dairələri insan haqları və demokratiya sahəsində Azərbaycana münasibətdə daha maksimalist bir mövqe tutublar. Məlum olduğu ki, hər bir xalqın sosial inkişaf indeksi var. Bir çox hallarda bu nəzərə alınmadan bir siyasət yürüdülürsə, nəinki bu istiqamətdə aparılan radikal islahatlar müsbət nəticə vermir. Əksinə, o xalq üçün böyük faciələrə gətirib çıxarır.

Ona görə də Azərbaycan yerləşdiyi əlverişli çoğrafi mövqeyinə görə çox önəməli bir ölkədir. Artıq Amerika Birləşmiş Ştatlarının prezidenti və Amerika administrasiyası bunun fərqindədir. Bu baxımdan da düşünürəm ki, orda bu məsələlər ciddi bir şəkildə müzakirə olunmalıdır.

- Bildyiniz kimi, son dövrlərdə iki ölkə arasında soyuqluq var və Azəbaycan əleyhdarları Qərbin Azərbaycana qarşı münasibətinin o qədər də yaxşı olmadığına dair müxtəlif fikirlər səsləndiririr. Siz necə düşünürsüz bu dəvət bu iddialara son qoyacaq?

– Hesab edirəm ki, bu dəvət bir daha onu göstərdi ki, Amerika administrasiyası fərqindədir ki, regionda sülh və sabitliyi qorumaq üçün, eləcə də, regionun inkişafı üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Azərbaycana təzyiqlər siyasətinə son qoyulmalıdır. Düşünürəm ki, bu, Amerika Birləşmiş Ştatları tərəfindən atılan müsbət bir addımdır. Amerikanın atdığı bu addımın qarşılığında Azərbaycan da yəqin ki, müəyyən addımlar atamalıdır ki, iki ölkə arasında münasibətləri daha yüksək səviyyə qaldırmaq mümkün olsun.

Təəssüf ki, indiyə qədər biz Amerika Birləşmiş Ştatlarını siyasətində bir çox hallarda, xüsusi ilə də Dağlıq Qarabağ məsələsində ədalətli mövqe görməmişik. İndi bəziləri söyləyirlər ki, guya bu müəyyən ermənipərəst dairələrin Azərbaycana təzyiqi insan hüquqları və demokratiya ilə bağlıdır.

Xatırladım ki, 1992-ci ildə bir kimsə söyləyə bilməzdi ki, Azərbaycanda siyasi məhbusla və yaxud da demokratiya ilə bağlı hansısa problemlər var. Amma Amerika Birləşmiş Ştatlarının administrasiyası məhz Elçibəyin prezidentliyi dövründə 907-ci düzəlişi qəbul etdi və sanki Azərbaycan torpaqlarının işğalına öz töhfəsini vermiş oldu. Hətta qardaş Türkiyəni də məcbur etdilər ki, müharibənin qızğın dövründə Ermənistana 5 min tondan artıq taxıl yardımı etsin. Məhz biz bütün bunların şahidi olmuşuq. Və indi də hesab edirəm ki, biz Amerika Birləşmiş Ştatlarını tərəfindən Azərbaycana olunan təzyiqlər 2015-ci ildə ermənilərin daha çox itki verməsilə əlaqəlidir. Belə ki, işğalçı Ermənistan ordusu 2015-ci ildə böyük itkilərə məruz qalıb. Bu da Amerikadakı müəyyən dairələri narahat edir. Sözsüz ki, onlar çalışırlar ki, Azərbaycandakı müəyyən problemlərdən istifadə edib Azərbaycana təzyiqlər göstərsinlər.

Hesab edirəm ki, həm Amerika, həm də Azərbaycan qəbul edir ki, iki dövlətin qarşılıqlı əməkdaşlığına çox böyük ehtiyac var. Və münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır.

Bəzi hallarda qeyd olunur ki, guya bu təziqlər Azərbaycanın siyasi, hansısa özünə yol seçməsilə bağlıdır. Bu da tamamilə yanlış siyasətdir. Bir daha 1992-ci ilə nəzər yetirək. O zaman Elçibəy hakimiyyəti tamamilə Qərb yönümlü bir siyasət yürüdürdü.Hətta Rusiya və İranla münasibətlərdə çox ciddi problemləri vardı. Amma buna baxmayaraq o düzəliş qəbul olunmuşdur. Bu da onu göstərir ki, Amerika Birləşmiş Ştatlarınıda güclü erməni lobbisi var. Və bu lobbinin də Amerika siyasətçilərinə təsir imkanları var. Amma mən çox məmnunam ki, Barak Obama özündə güc taparaq belə bir addım atıb. Düşünürəm ki, bundan sonra da Amerika siyasətçiləri daha çox Amerikanın öz maraqlarını nəzərə almalıdrlar, nəinki ayrı-ayrı lobbilərin.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR