Tanınmış skripkaçı Almaniyada konsert proqramı ilə çıxış edəcək

Tanınmış skripkaçı Almaniyada konsert proqramı ilə çıxış edəcək
00:43 9 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Tanınmış skripkaçı Nəzrin Rəşidova Almaniyada “Zamanın sonu” (Das ende der zeit) adlı konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, o, yanvarın 13-də Almaniyanın Bayroyt şəhərində “Steingräber Haus”un kamera musiqisi zalında, 15-də Şvabax şəhər muzeyində, 16-da Bamberq şəhərində “Spiegelsaal der Harmonie” məkanında konsert verəcək. N.Rəşidova Daniel Qrimvud (fortepiano), Sarah Oliver (violonçel), Kristof Vindiş (klarnet) ilə birgə çıxış edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_skripkachi_Almaniyada_konsert_proqrami_ile_chixis_edecek-917102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR