Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ata evə pul gətirmədiyi üçün oğluna dağ çəkdi

Ata evə pul gətirmədiyi üçün oğluna dağ çəkdi

Date: 9 January 2016 01:16

Türkiyənin Ağrı vilayətində polis 5 yaşlı oğlunu şişlə dağlayan suriyalı atanı həbs edib.

ANS PRESS-in məlumatına görə, suriyalı Yasir Faiq Abbasın evə pul gətirmədiyi üçün sobada isitdiyi şişlə uşağın bədənini dağlayıb küçəyə atdığı iddia edilir.

2 il əvvəl Suriyada baş verən döyüşlərdən qaçaraq Ağrı vilayətində məskunlaşan Yasir Faiq Abbas diləndirdiyi oğlu Rəhmi Abbasa evə pul gətirmədiyi vaxtlarda işgəncə verib.



Azyaşlının dayanmadan ağladığını görən sakinlər uşağa yaxınlaşdıqda atasının onu döyərək işgəncə verdiyini bildirib. Rəhmi Abbas baldırındakı yanıq izlərini göstərib. Sakinlər Rəhmini dərhal xəstəxanaya apararaq tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Qonşular uşağın ayağındakı yanıqları çəkərək "Youtube" kanalına yükləyiblər. Videonun yayılmasından sonra hərəkətə keçən polis, ata Yasir Faiq Abbası nəzarətə götürüb. Atası tərəfdən işgəncəyə məruz qalan Rəhmi Abbas üçün yeni paltarlar alındıqdan sonra o, azyaşlı körpələr evinə təhvil verilib.

Məhkəməyə sövq edilən 2 uşaq atası, 26 yaşlı Yasir Faiq Abbas həbs olundu.


Tags:  Ata evə pul gətirmədiyi oğluna dağ çəkdi


RƏYLƏR


Top news