Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yerə 4,5 milyard yaşlı meteorit parçası düşdü

Yerə 4,5 milyard yaşlı meteorit parçası düşdü

Date: 9 January 2016 01:21

Avstraliya ərazisində Yerə təqribən 4,5 milyard il bundan əvvələ aid olan meteorit parçası düşüb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, geoloqlar tərəfindən tapılan meteorit parçası Yer kürəsindən də qədimdir. Ümumi çəkisi 1,7 kiloqram səma cismi Pert şəhərinin Kurtin Universitetinin alimləri tərəfindən araşdırılır.

Onun yerə düşməsi Avstraliyalı geoloqları tərəfindən Eyr gölü ərazisində yerləşdirilən videokameralar vasitəsilə anbaan lentə alınıb.

Meteorit parçasının elmi tədqiqatlar üçün çox əhəmiyyətli olduğu bildirilir.

Tags:  Yerə milyard yaşlı meteorit parçası düşdü

RƏYLƏR


Top news