“Saudi Aramco” açıq səhmdar cəmiyyətinə çevrilib

“Saudi Aramco” açıq səhmdar cəmiyyətinə çevrilib
01:42 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” açıq səhmdar cəmiyyətinə çevrilib.
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudun oğlu şahzadə Məhəmməd bin Salman “The Economist”ə verdiyi müsahibədə ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində “Saudi Aramco”nun açıq səhmdar cəmiyyətinə çevrildiyini bildirib.
Qeyd edək ki, 2014-cü ildə neft ixracından 285 milyard dollar gəlir əldə edən Səudiyyə Ərəbistanında neftin qiymətinin ucuzlaşması istehsalçıların da gəlirlərinin azalmasına səbəb olub.
Beynəlxalq Enerji Agentliyi (IEA) keçən il neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrinin gəlirlərinin təxminən 500 milyard dollar azaldığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/saudi-aramco-aciq-sehmdar-cemiyyetine-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR