FIFA “Xəzər Lənkəran”ın qadağasını ləğv etdi

FIFA “Xəzər Lənkəran”ın qadağasını ləğv etdi
02:11 9 Yanvar 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nı transfer qadağasına görə uzun müddət heyətinə oyunçu cəlb edə bilməyən “Xəzər Lənkəran” nəhayət ki, rahat nəfəs ala bilər.

ANS PRESS-in məlumatına görə, yanvar ayının 8-də axşam saatlarında FIFA-dan “Xəzər Lənkəran”a daxil olan məktubda dünyanın ali futbol qurumunun transfer qadağasını dəyişdiyi qeyd olunub.

Bu isə o deməkdi ki, “Xəzər Lənkəran” bundan sonra istədiyi futbolçunu transfer edə biləcək.

Bu arada dövrələr arası fasilə müddətində “Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək. Komanda artıq Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verib.


“Xəzər Lənkəran” klubunun keçən ilki heyəti

Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq “Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək. Özünün bazasında məşqlərə başlayacaq komanda 5-günlük hazırlığın ardından paytaxta yollanacaq.

Yanvarın 14-dən etibarən “Xəzər Lənkəran” qış toplantısını Bakıda davam etdirəcək. Yeni futbolçuların da heyətə cəlb olunması məhz paytaxtda keçəcək hazırlıqlar zamanına gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR