Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Merkel: “Qaçqınların sayı olduqca çoxdur”

Merkel: “Qaçqınların sayı olduqca çoxdur”

Tarix: 9 Yanvar 2016 02:24

Almaniyaya gələn qaçqınların sayı olduqca çoxdur.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın kansleri Angela Merkel Xristian Demokratik İttifaqının Maynts şəhərində keçirilən toplantısında bəyan edib.

 

“Əvvəllərlə müqayisədə Almaniyaya gələn qaçqınların sayı nisbətən azalsa da, ümumilikdə olduqca çoxdur”, deyə A.Merkel bildirib.  

 

Almaniya daxili işlər nazirliyinin hesablamalarına əsasən, 2015-ci ildə ölkədə 1 milyon 100 min qaçqın qeydə alınıb.


Teqlər:  Merkel Qaçqınların sayı olduqca çoxdur



RƏYLƏR


Top xəbərlər