Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın bir nömrəli narkobaronu həbs olundu (FOTO)

Dünyanın bir nömrəli narkobaronu həbs olundu (FOTO)

Date: 9 January 2016 03:01

Meksika polisi “Bəstəboy” ləqəbli məşhur narkobaron Xoakin Qusmanı tutub. ANS PRESS-in məlumatına görə, Qusman "Sinaloa" kartelinə rəhbərlik edib.

“Bəstəboy” 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı. “Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb”, - deyə Meksika prezidenti "Tvitter" hesabında yazıb.



Meksika prezidenti, həmçinin ölkənin təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda “El Çapo” ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.




Meksika ərazisi xəritədə

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.

Tags:  Dünyanın nömrəli narkobaronu həbs olundu FOTO

RƏYLƏR


Top news