Çilov adasının ətrafındakı özüllərin sualtı elektrik kabelləri əsaslı təmir edilib

Çilov adasının ətrafındakı özüllərin sualtı elektrik kabelləri əsaslı təmir edilib
04:23 9 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC 
Çilov adasının ətrafındakı 123, 80 və 95 nömrəli dəniz özüllərin arasındakı sualtı elektrik kabelləri əsaslı təmir edilərək istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “28 May” adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi istehsalat obyektlərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülür. Bu məqsədlə elektrik quraşdırma işləri uğurla davam etdirilir, yeni kabel xətləri çəkilməklə yanaşı, istismara yararsızlar təmir olunur.
Sualtı elektrik kabelləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neftqaztikinti” tresti tərəfindən əsaslı təmir edilib. Elektrik təchizatı sisteminin yenidən qurulması işləri zamanı ümumi uzunluğu 2 kilometrə yaxın HXJLMKPY-IV markalı 6 kilovoltluq sualtı kabel xətti çəkilib, 30 ədəd polad dayaq quraşdırılıb və sınaq yoxlama işləri aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHilov_adasinin_etrafindaki_ozullerin_sualti_elektrik_kabelleri_esasli_temir_edilib-917105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR