Misirdə baş vermiş terror aktında iki avstriyalı turist yaralanıb

Misirdə baş vermiş terror aktında iki avstriyalı turist yaralanıb
04:28 9 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 9 yanvar, AZƏRTAC
Misirin tanınmış tətil bölgəsi Hurqadada otellərin birinə baş vermiş terror hücumu nəticəsində üç turist yaralanıb. Avstriya Teleradiosunun (ORF) verdiyi məlumata əsasən, yaralananlardan ikisi avstriyalı turistlərdir. Üçüncü turist isə İsveç vətəndaşıdır.
Qırmızı dəniz sahilində yerləşən „Bella Vista“ otelinə hücum edən terrorçulardan birinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü, digərinin isə yaralandığı bildirilir. Terror aktına görə hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirde_bas_vermis_terror_aktinda_iki_avstriyali_turist_yaralanib-917106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR