Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da yüksəliş müşahidə olunur

ABŞ-da yüksəliş müşahidə olunur

Date: 9 January 2016 04:46

Amerikanın əmək bazarı yeni ilə gözlənildiyindən daha yaxşı nəticələrlə çıxıb. ANS PRESS-in məlumatına görə, dekabr ayında Birləşmiş Ştatlarda məşğulluq səviyyəsi artaraq, 292 min yeni iş yeri açılıb.

Əmək Statistikası Bürosunun son məlumatlarına görə, işsizlik səviyyəsi də son 7 ildə rekord aşağı səviyyədə - 5 faiz civarında qalmaqdadır.

Ekspertlərə görə, bütün bu faktorlar ABŞ iqtisadiyyatının 3-cü rübdəki durğunluğuna baxmayaraq, yeni ildə dirçəlməyə davam etdiyini göstərir.

Dekabr ayında monetar siyasəti sərtləşdirərək, uçot dərəcəsi artıran Federal Ehtiyat Sistemi də bu pozitiv rəyləri bölüşür. Yeni açılan iş yerləri əsasən biznes, tikinti, səhiyyə və iaşə xidməti sektoruna aiddir.

Ancaq dekabr ayında heç də bütün sektorlarda vəziyyət qənaətbəxş olmayıb. Məsələn, Dağ-mədən sənayesində daha 8000 min iş yeri ixtisar olunaraq, 2015-ci ildə itirilmiş iş yerlərinin sayını 129 minə çatdırıb.


Tags:  ABŞ-da yüksəliş müşahidə olunur


RƏYLƏR


Top news