Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Argentinada nümayişçilərlə polis arasında toqquşma baş verib

Argentinada nümayişçilərlə polis arasında toqquşma baş verib

Date: 9 January 2016 05:47

Bakı. 9 yanvar. REPORT.AZ/ Argentinanın La Plata şəhərinin mərkəzində toplaşan 200-ə yaxın keçmiş bələdiyyə əməkdaşı işdən çıxarılmalarına etiraz ediblər.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər bələdiyyəsinin binasına tərəf yürüş edən aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.
Asayiş keşikçiləri səs qumbaraları, gözyaşardıcı qaz və rezin qüllələrdən istifadə edərək aksiyanı dağıdıblar. Azı 17 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, dövlət məmurlarının sayının azaldacağını bəyan edən Argentinanın yeni prezidenti Maurisio Makrinin hazırladığı islahat proqramı çərçivəsində son bir ayda 12 min bələdiyyə əməkdaşı işdən çıxarılıb.

Tags:  Argentinada nümayişçilərlə polis arasında toqquşma baş verib

RƏYLƏR


Top news