Belçikada Paris teraktını törədənlərdən birinin mənzili aşkarlanıb (VİDEO)

Belçikada Paris teraktını törədənlərdən birinin mənzili aşkarlanıb (VİDEO)
07:26 9 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Belçikalı prokurorlar ötən il noyabrın 13-də Parisdə terror aktları törətmiş radikallardan birinin Brüsseldə qaldığı mənzili aşkarlayıb.

ANS TV-nin BBC-yə istinadən verdiyi məlumata görə, Belçika polisi Brüsselin Şaerbek rayonunda mənzillərdən birində partlayıcı maddə izləri və terror aktını törətməkdə şübhəli bilinən Salah Abdeslamın barmaq izlərini aşkar edib.

Mənzil saxta adla kirayəyə götürülüb. Digər təfərrüatlar isə araşdırılır.

26 yaşlı Salah Abdeslam hələ də axtarışdadır. O, noyabrın 13-də Parisdə 130 nəfərin ölümünə səbəb olmuş terror aktlarında iştirak etməkdə şübhəli bilinir.

Digər şübhəlilər - Belçika vətəndaşı olan Əbdülhəmid Abaud və Hasna Aitbulahcen isə terror aktlarından 5 gün sonra polislə atışma zamanı öldürülmüşdü.

Həmin terror hadisəsi miqyasına görə “Avropanın 11 sentyabrı” kimi şərh edildi.

Hadisə bu qitədə yalnız insan qətli ilə deyil, həm də terror xofunu yaratmaqla yadda qaldı.

Paris terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Paris, Madrid və Roma küçələrində polis dəstələri hərbi qüvəllərlə birlikdə nəzarət tədbirləri həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR