Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əl-Qaidə" Madrid, Roma və Neapolda terrorlar törədəcəyini bəyan edib

"Əl-Qaidə" Madrid, Roma və Neapolda terrorlar törədəcəyini bəyan edib

Date: 9 January 2016 07:37

"Əl-Qaidə" terror təşkilatının "İslam Məğribi" qolu yaydığı son videomüraciətdə yaxın zamanlarda Madrid, Roma və Neapolda terrorlar təşkil edəcəklərini deyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 13 dəqiqəlik videomüraciətdə "Əl-Qaidə"nin hərbçisi deyir: "Hazırda onlar bizim, islamın torpaqlarındadırlar. Lakin Allahın iradəsi ilə tezliklə biz onları öz torpaqlarında cəzalandıracağıq. Biz Neapolda, Romada və Madriddə, həmçinin digər regionlarda partlayışlar törədəcəyik".

İspan kəşfiyyatının əməkdaşları hesab edirlər ki, çəkiliş Malidə aparılıb. Videorolikdə ispan cihadının lideri sayılan Əbu əl-Nur əl-Andalusi də görünür. Son dövrlərədək o, Melilya şəhərində yaşayırdı və yerli müsəlmanları cihada səsləyirdi.

Milli.Az


Tags:  Əl-Qaidə Madrid Roma Neapolda terrorlar törədəcəyini bəyan edib



RƏYLƏR


Top news