Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zəlimxan Yaqubun vəziyyəti pisləşir

Zəlimxan Yaqubun vəziyyəti pisləşir

Date: 9 January 2016 10:05

Xalq şairi Zəlimxan Yaqubun vəziyyəti getdikcə ağırlaşır. Şairin sağlıq durumunda yaranan problemlər gün-gündən kəskinləşir, müalicə heç bir nəticə vermir.

Milli.az bildirir ki, ailəsindən publika.az-a verilən məlumata görə, şair həkim nəzarəti altındadır. Bütün səylərə baxmayaraq, onun sağlıq durumunda yaxşılığa doğru heç bir dəyişiklik yoxdur:
 
"Təəssüf ki, Almaniyadan qayıdandan bəri səhhətində müsbət irəliləyiş yoxdur. Narahatlıqları artıb. Böyrək çatışmazlığından əziyyət çəkir, böyrək köçürülməsi mümkünsüz olduğundan xəstəlik gün-gündən şiddətlənir".

Öyrəndik ki, əvvəllər həftədə bir dəfə dializ olunan xalq şairi həkimlərin qərarı ilə indi bu proseduranı həftədə üç dəfə qəbul edir.


Tags:  Zelimxan Yaqub Zelimxan Yaqub veziyyeti


RƏYLƏR


Top news