Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda qohumunu güllələyən şəxs saxlanılıb - FOTO

Bakıda qohumunu güllələyən şəxs saxlanılıb - FOTO

Date: 9 January 2016 08:12

Bakıda güllələnmə hadisəsi baş verib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.
 
Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, əməliyyat olunub.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Sonra yeznəsini güllələyən şəxs saxlanılıb.

Bu barədə məlumat Binəqədi Rayon Polis İdarəsindən verilib.
 
Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az





Tags:  Bakıda qohumunu güllələyən şəxs saxlanılıb FOTO

RƏYLƏR


Top news