Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir

Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir

Date: 9 January 2016 08:18


Bakı, 9 yanvar, AZƏRTAC
Xalq Yazıçısı Süleyman Rəhimova məxsus yeni sənədlər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub.
Arxiv direktorunun müavini Könül Nəsibova AZƏRTAC-a bildirib ki, yeni sənədlər sırasında yazıçının xatirələri, əlyazmaları, məktubları, fotoları ilə yanaşı, ən çox da onun yarımçıq qamış əsərləri yer alıb.
Qeyd olunub ki, nasirin yaxınları tərəfindən arxivə 3 mindən çox sənəd təqdim edilib. Hazırda arxivin əməkdaşları təqdim edilmiş materialların siyahısını hazırlayırlar.
Arxivdə sistemləşdiriləcək bu sənədlər Süleyman Rəhimovun gələcək tədqiqatçıları üçün ən dəyərli mənbə olacaqdır.
 

Tags:  Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir


RƏYLƏR


Top news