Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın məşhur avtokonserninin satış həcmi azalıb

Dünyanın məşhur avtokonserninin satış həcmi azalıb

Date: 9 January 2016 08:42

Almaniyanın nəhəng avtokonserni "Volkswagen" emissiya saxtakarlığı ilə bağlı qalmaqal fonunda son 11 ildə ilk dəfə olaraq satış həcminin azaldığını elan edib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Volkswagen" markalı maşınların satışı 2015-ci ildə 4.8 faiz azalaraq, bir ilə 5,82 milyon avtomobilə düşüb. Halbuki 2 il əvvəl 2014-cü ildə şirkət 6.12 milyon avtomobil sata bilmişdi.

Satış həcmində azalma ilk növbədə Çin və ABŞ-da bazar tələbinin azalması ilə əlaqədardır. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi emissiya saxtakarlığı ilə əlaqədar "Volkswagen"ə qarşı mülki iddia ilə məhkəməyə üz tutmasından sonra avtokonsern qarşıdakı həftələrdə ABŞ-da satılmış dizel mühərrikli milyonlarla maşında havaya buraxılan zərərli qazların emissiya göstəricilərin saxtalaşdıran avadanlıq və sistemi düzəltməyə söz verib.

Şirkətin icraçı direktoru Herbert Dies şirkətin çətin vəziyyətdən çıxıb, çözüm tapacağına nikbin baxdığını bildirib.

Satışlar ilk olara sentyabr ayında emissiya qalmaqalının "işıq üzü görməsindən sonra" düşməyə başlayıb. Ötən illə müqayisədə təchizat oktyabr ayında 5.3%, noyabrda 2.4 %, dekabr ayında isə 7.9% azalıb.

Milli.Az


Tags:  Dünyanın məşhur avtokonserninin satış həcmi azalıb

RƏYLƏR


Top news