4 nəfər "donuz qripi"ndən ölüb

4 nəfər "donuz qripi"ndən ölüb
09:40 9 Yanvar 2016
161 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda "donuz qripi" kimi tanınan (H1N1) virusuna yoluxanların sayı artıb.

Report.az xəbər verir ki, ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib.

Ermənistanın xəstəxanalarında "donuz qripi"nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

"Donuz qripi" nədir? Xəstəlik haqqında məlumat

Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi.

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

"Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nәfәs yolu ilә yoluxması nәticәsindә ortaya çıxır vә bu xәstәlik sürәtlә yayıla bilir.

"Donuz gripi" donuzlarda bütün il boyu özünü biruzә verә bilәr.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma "quş qripi"ndən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

"Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, "quş qripi"nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar "donuz qripi"nə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

"Donuz qripi"nin əlamətləri

A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər. A/H1N1 virus tipi ilə xəstələndiyi təsdiq olunmuş şəxslər xəstəxanaya yerləşdirilmədiyi hallarda və ya xəstələnmə şübhəsi olan şəxslər ev şəraitində, ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir.


Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən mütləq qorunmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla təmasa girməmək üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat vermək lazımdır.

A/H1N1 virusundan necə qorunmaq lazımdır?

- Yüksək hərarəti, öskürəyi, hərarəti olan şəxslərlə təmasdan çəkinmək.
- Əlləri tez-tez sabunla yumaq.
- Sabun və su olmadıqda əlləri spirtli tampunla silmək.
- Asqırdıqda və ya öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək.
- Gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq.
- Sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxuya riayət etmək.
- Vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq.
- Xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək.

Ev şəraitində xəstəyə qulluq qaydaları:

- Xəstəni ayrıca otaqda izolə etmək.
- Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
- Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
- Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
- Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla yığışdırmaq.

Mənbə: az.wikipedia.org


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR