Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib

Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib

Parisdə polis zorakılığına qarşı nümayiş (19 Mart 2017 21:23)
Futbol azarkeşləri arasında toqquşmalar: ölən və yaralananlar var (13 Fevral 2017 08:37)
Azarkeşlər arasında toqquşma: 1 ölü, 7 yaralı (13 Fevral 2017 07:14)

Tarix: 9 Yanvar 2016 08:52

Braziliyada baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı nümayişlər ölkənin ən iri şəhəri San-Paulu daxil olmaqla, bir çox şəhərlərdə keçirilib.
 
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər. Asayiş keşikçiləri isə cavab olaraq onlara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.
 
Qeyd edək ki, 3 il əvvəl də nəqliyyat tariflərinin artması Braziliyada kütləvi etirazlara səbəb olmuşdu.

Milli.Az


Teqlər:  Braziliyada nümayişçilər polis arasında toqquşmalar baş verib



RƏYLƏR


Top xəbərlər