Türkiyə daha 2 şəhid verdi

Türkiyə daha 2 şəhid verdi
09:26 9 Yanvar 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-şərq bölgəsində ordu və polisin separatçı-terrorçulara qarşı genişmiqyalı əməliyyatları tam gücü ilə davam etdirilir.

ANS Press-in məlumatına görə, Diyarbəkirdə barikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi üçün mərkəzi Sur rayonunda dekabrın 2-dən bəri tətbiq olunan 24 saatlıq küçələrə çıxma qadağası hələ də qüvvədə qalmaqdadır.

Cümə günü bölgədə təhülkəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan silahlı toqquşmalarda, PKK-nın snayper atəşi və kustar üsulla hazırlanmış partlayıcıları işə salması nəticəsində, pusquya düşən hərbçilərdən 1-i şəhid olub, 5 əsgər yaralanıb.


Ölkənin cənub-şərqində əməliyyatlar davam edir

Yaralı əsgərlər Diyarbəkirin Hərbi Hospitalına çatdırılıb. Şəhid olmuş əsgər ağır yaralandığından həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Digər qaynar nöqtələrdən olan Şırnak vilayətinin Cizrə rayonunda isə 23 yaşlı jandarma zabiti vəzifə başında olarkən terrorçu atəşi nəticəsində şəhid olub.

Acı xəbər zabiti doğma rayonuna Kocaəlinin Paşa məhəlləsində yaşayan ailəsinə çatdırılıb. Gəbzə rayonunun icra başçısı Məhmət Arslan, hərbi və polis rəsmilərinin müşayəti ilə şəhidin valideynlərinə, ölüm xəbərini çatdıraraq, başsağlığı verib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR