Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum etdi

İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum etdi

Paytaxtda silahlı HÜCUM: 50 ölü (25 Mart 2017 16:28)
Çeçenistanda bazaya İŞİD hücum edib (24 Mart 2017 19:13)
Londonda hücum zamanı 3 polis əməkdaşı yaralanıb (22 Mart 2017 21:42)

Tarix: 9 Yanvar 2016 09:17

İŞİD terror qruplaşmasının adı altında hücum həyata keçirdiyini iddia edən bir silahlı şəxs ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində polis zabitini güllələyib.

Milli.Az Amerikaninsesi-nə istinadən bildirir ki, Polis zabiti xidməti avtomobilinə əyləşən zaman silahlı şəxs ona bir neçə dəfə atəş açıb.

Rəsmilər deyir ki, qolundan 3 güllə yarası alan polis zabiti silahını çıxararaq cavab atəşi aça bilib və yaralanan 30 yaşlı silahlı qaçsa da, qısa müddət sonra ələ keçirilib.

33 yaşlı polis zabiti Cesse Hartnett isə xəstəxanaya çatdırılıb. Polisin verdiyi məlumata görə, üzərində bir neçə əməliyyat keçirilən zabitin vəziyyət sabit-ağır olaraq qalır.

Şübhəli şəxsin vəziyyəti barədə isə məlumat verilməyib. Onun omba nahiyəsindən güllə yarası aldığı ehtimal olunur.

Milli.Az


Teqlər:  İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum etdi



RƏYLƏR


Top xəbərlər