Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə daha 2 şəhid verib

Türkiyə daha 2 şəhid verib

Məşhur hakimin əmisi oğlu şəhid oldu (24 Mart 2017 12:57)
ACI XƏBƏR: iki şəhid daha (24 Fevral 2017 15:33)
Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb (21 Fevral 2017 11:42)

Tarix: 9 Yanvar 2016 09:22

Türkiyənin cənub-şərq bölgəsində ordu və polisin separatçı-terrorçulara qarşı genişmiqyalı əməliyyatları tam gücü ilə davam etdirilir.

Milli.Az anspress-ə istinadən bildirir ki, Diyarbəkirdə barrikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi üçün mərkəzi Sur rayonunda dekabrın 2-dən bəri tətbiq olunan 24 saatlıq küçələrə çıxma qadağası, hələ də, qüvvədə qalmaqdadır.

Cümə günü bölgədə təhülkəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan silahlı toqquşmalarda, PKK-nın snayper atəşi və kustar üsulla hazırlanmış partlayıcıları işə salması nəticəsində, pusquya düşən hərbçilərdən 1-i şəhid olub, 5 əsgər yaralanıb.

Yaralı əsgərlər Diyarbəkirin Hərbi Hospitalına çatdırılıb. Şəhid olmuş əsgər ağır yaralandığından həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Digər qaynar nöqtələrdən olan Şırnak vilayətinin Cizrə rayonunda isə 23 yaşlı jandarma zabiti vəzifə başında olarkən terrorçu atəşi nəticəsində şəhid olub.

Milli.Az


Teqlər:  Türkiyə şəhid verib



RƏYLƏR


Top xəbərlər