Kim Çen İndən daha bir silah sınağı (FOTO, VİDEO)

Kim Çen İndən daha bir silah sınağı (FOTO, VİDEO)
10:06 9 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) sualtı gəmidən raket sınaqları keçirdiyi barədə videoçarx yayılıb.

ANS PRESS-in məlumatına görə, raket sınaqları dekabrın 21-də təlimlər zamanı həyata keçirilib. Dövlət televiziyasında nümayiş etdirilən videoda raketin göyə qalxmağı görünür. Digər bir kadrda isə raketin bulud qatına qalxdığı və işıqsaçan nöqtəyə çevrildiyini görmək olar. Videoda Şimali Koreya lideri Kim Çen Inın paltoda və şlyapada raket sınağını izlədiyi görünür.


Şimali Koreya lideri Kim Çen İn raket sınağını izləyərkən


Şimali Koreyada dekabrın 21-i keçirilən raket sınağı

Hazırkı sınaq ötən ilin may ayında keçirilmiş sualtı qəmilərin ballistik raketlərindən atış sınaqlarından fərqlənir. Yeni videoçarxda raket havaya şaquli formada qalxır. Amma may ayında nümayiş etdirilən kadrlarda raket 45 dərəcə bucaq altında qalxır və geri qayıdaraq dənizə düşür. Həmin vaxt həyata keçirilən sınaq ekspertlər tərəfindən uğursuz hesab edilsədə, Şimali Koreya höküməti bunu qəbul etmirdi. O zaman yayılan videokadrların dəqiq tarixi açıqlanmamışdı.

Amma ABŞ-ın “Washington Free Beacon” nəşri, sualtı gəmidən dekabrın 21 –də raket buraxılışının keçirildiyi barədə xəbər yayıb. Sınaq Yapon dənizində , Şimali Koreyanın Sinpxon limanının yaxınlığında keçirilib.



Yapon dənizi - sınaqların keçirildiyi ərazi


Dekabrın 6-da isə Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.

Bununla yanaşı KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, rəsmi Pxenyan bildirib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.

Nüvə qurğusunun partladılması ölkədə 5,1 bal gücündə zəlzələ baş verməsinə səbəb olub. Yeraltı təkanların səbəbi "süni xarakterli" olub.



Zəlzələ nüvə poliqonundan 49 km şimalda Kilçji şəhərində qeydə alınıb. ABŞ, Rusiya, Çin, Yaponiya, Cənubi Koreya və bir çox beynəlxalq təşkilatlar bu sınaqların keçirilməsini tənqid etmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR