Təhsil nazirinin keçmiş müavini vəfat etdi

Təhsil nazirinin keçmiş müavini vəfat etdi
10:12 9 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Materialşünaslıq və Materialların texnologiyası kafedrasının professoru Sənan Mustafayev dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, professor 87 yaşında vəfat edib.

Qeyd edək ki, S.Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub.
1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib.

1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb.
S.Mustafayev 1961-1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, avqust 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının "Materialşünaslıq və materialların texnologiyası" kafedrasının müdiri olub.
1971-ci ildə professor elmi adını alıb.

Əməkdar elm xadimi fəxri adına layiq görülüb, "Şöhrət" ordeni, SSRİ medalları və Əfqanistanın "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR