Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATV DİN-i niyə vurub? - Şok təfərrüat

ATV DİN-i niyə vurub? - Şok təfərrüat

Date: 9 January 2016 10:18

ATV kanalının bu gün yol polisləri ilə bağlı hazırladığı sərt tənqidi videomaterial gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, TV-nin “Son xəbər” buraxılışında Daxili İşlər Nazirliyi əməkdaşlarının sürücülərə qarşı qanunsuz əməlləri barədə danışılıb və bunu sübut edən görüntülər təqdim olunub.

Kanalın hazırladığı material reallığı əks etdirsə də, toxunulan problemlər hamının ürəyindən xəbər versə də, illərdir bu məsələləri görməzdən gələn kanalın birdən-birə cəsarətlənməsi sual doğurub.

“Qafqazinfo” xəbər verir ki, belə bir məqamda kanalın Daxili İşlər Nazirliyini sərt tənqid etməsinin səbəbləri ilə bağlı AzNews.az-a maraqlı informasiya daxil olub. Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, TV-nin yol polisinə qarşı sərt davranmasının kökündə bir neçə gün əvvəl baş vermiş hadisə dayanır. Belə ki, ATV-nin icraçı direktoru Rauf Dadaşovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil (Nömrə nişanı - 10 UE 579) yanvarın 5-dən 6-a keçən gecə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Avtomobilin saxlanılmasına səbəb qadağan olunmuş “ksenon” işıqlarından istifadə edilməsi olub.

Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsiylə protokol tərtib olunub.

Bundan qəzəblənən TV rəhbərliyi Daxili İşlər Nazirliyinin (DİN) qanunsuzluqlarını nümayiş etdirən süjet hazırlayıb.

Məlumat üçün bildirək ki, Rauf Dadaşov Vüqar Qaradağlının həm də qaynıdır.


Tags:  ATV Daxili İsler Nazirliyi ATV DİN Rauf Dadasov Vuqar Qaradagli ATV Dini vurdu

RƏYLƏR


Top news