Bakıda qanunsuz ticarətlə bağlı vəziyyət açıqlandı

Bakıda qanunsuz ticarətlə bağlı vəziyyət açıqlandı
10:32 9 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda qanunsuz ticarətlə məşğul olanların sayı ilbəil azalır

Bu barədə milli.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

O, bunun səbəbini görülən profilaktik tədbirlərlə izah edib: "Ötən il təxminən 50 nəfər, 2014-cü ildə 60, 2013-cü ildə isə 70 nəfər qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub və cərimə ediliblər və həmin cərimələr dövlət büdcəsinə keçirilib".

Ə.Bağırov qeyd edib ki, qanunsuz küçə ticarəti ilə məşğul olmaq istəyənlərlə mütəmadi iş aparılır: "Həmin şəxslər üçün bazarlar, satış yerləri, yarmarkalar  müəyyən olunur. Onlar orada yerləşdirilir və orada satışla məşğul olurlar".

Departamentin sözçüsü bildirib ki, ticarət obyektlərinin və kafe-restoranların onlara müəyyən olunmuş yerlərdən kənara çıxaraq orada fəaliyyət göstərmələri qanunsuz hesab edilir: "Əslində, biz "qanunsuz küçə ticarəti" ifadəsindən qaçmağa çalışırdıq. Axı qanunsuz ticarət təkcə yalnız birbaşa küçələrdə aparılmır. Məsələn, biri avtomobilində, biri arabada, digəri hansısa bağda oturduğu yerdə nəsə satır. Axı bunlar küçə sayılmır. Onda başqa bir vəziyyət yaranır".

Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 235-ci (Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi) maddəsinə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə səksən manat miqdarında cərimə edilir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR