Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Harri Potterin "anası" Deppin yaxtasını aldı - FOTO

Harri Potterin "anası" Deppin yaxtasını aldı - FOTO

Date: 9 January 2016 10:37

Harri Potter barədə əsərlər seriyasının müəllifi, britaniyalı yazıçı Coan Roulinq 31 milyon dollara dəbdəbəli yaxta alıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir kim, "Harri Potterin anası" adlandırılan 50 yaşlı yazıçının aldığı "Amphitrite" yaxtası əvvəllər məşhur aktyor, Hollivud ulduzu Conni Deppə məxsusdu.
830 milyon dollarlıq varidatı olan Coan Roulinq əri Nil Mürrey, uşaqları - 12 yaşldı Devid və 10 yaşlı Makkenzi ilə birlikdə yaxtada istirahətdədir.

Əvvəllər "Vajoliroja" adlanmış yaxtanı Conni Depp arvadı Vanessa Paradi ilə boşanandan sonra almışdı.
Yaxtanın təmirinə 8 milyon dollar xərcləmiş Depp art-deko interyer yaratmışdı.
29 yaşlı aktrisa Ember Hördlə evlənəndən sonra Conni Depp bu ilin fevralında yaxtanı "Amphitrite" adlandırmışdı. Amfitrit qədim yunan mifologiyasında dənizlər tanrısı Paseydonun arvadı olub.

Milli.Az















Tags:  Harri Potterin anası Deppin yaxtasını aldı FOTO

RƏYLƏR


Top news