Ölkədə bank depozitlərinin həcmi 14% artıb

Ölkədə bank depozitlərinin həcmi 14% artıb
10:42 9 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2015-ci il dekabrın 1-nə məcmu bank depozitlərinin həcmi 17 598,9 mln. manat təşkil edib. Bu, noyabrın 1-nə olan analoji göstəricidən 448,4 mln. manat və ya 2,6% çoxdur. İlin əvvəli ilə müqayisədə depozitlərin həcmi 2 145,5 mln. manat və ya 13,9% artıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə artım 2 286,9 mln. manat və ya 14,9% olub.

Milli.Az bildirir ki, Azərbaycan Mərkəzi Bankından report-a verilən məlumata əsasən, ötən ilin dekabrın 1-i vəziyyətinə manatla depozitlərin həcmi 4 241,9 mln. manat təşkil edib ki, bu da noyabrın 1-i ilə müqayisədə 72,8 mln. manat və ya 1,7% azdır. Manat depozitlərinin həcmi ilin əvvəli ilə müqayisədə 3 501,6 mln. manat və ya 45,2% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə azalma 3 401,2 mln. manat və ya 44,5% təşkil edib.
Xarici valyutada depozitlər isə dekabrın 1-nə 13 357 mln. manat olub ki, bu da 2015-ci ilin əvvəlinə nisbətən 5 647,2 mln. manat və ya 73,2% çoxdur, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə artım 5 688 mln. manat və ya 74,2% olub. Qeyd edək ki, bu həcmə qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri də daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR