"Mərkəzi Bankın məzənnə siyasəti yanlışdır"

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta satışına 4%-lik marjanın tətbiq edilməsi ilə bağlı verdiyi qərara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekpert bildirib ki, sözügedən qərar başda Mərkəzi Bank olmaqla, hökumətin məzənnə siyasətinin yanlış olduğunu bir daha təsdiq etdi: “Məhz düzgün qurulmayan siyasət nəticəsində manat əvvəlcə dəyərini 35%, sonra 48% itirdi. Bu azmış kimi valyuta bazarında hökm sürən ajiotaj milli paramızı daha 15% (bu artım səviyyəsi müxtəlif banklarda fərqlidir) dəyərsizləşdirdi. Devalvasiya prosesi hələki davam edir və bu, yekun deyil. Hökumətin siyasətinin əsasını əvvəlcə “güclü manat güclü iqtisadiyyat” prinsipi təşkil etsə də, sonradan onu əlacsızlıqdan “valyuta ehtiyatlarını qorumaq” prinsipi əvəz etdi.

Uzunmüddət manatı qorumaq üçün ehtiyatların əhəmiyyətli hissəsi xərcləndi. Mərkəzi Bankın ehtiyatının 70%-ni, Neft Fondu isə bir neçə milyard dolları manatı qorumağa sərf etdi. Nə istənilən nəticə əldə edildi, nə də ehtiyatları qorumaq mümkün oldu”.

Onun sözlərinə görə, Mərkəzi Bankın əsas səhvi ondan ilk devalvasiyadan sonra manatı yenidən saxlamağa və hətta bəzən cüzi də olsa bahalaşdırmağa üstünlük verməməsi oldu: “Halbuki fevral devalvasiyasından sonra manat tədricən ucuzlaşdırılmalı idi. Əgər ucuzlaşdırma tədricən aparılsaydı, dekabrdakı dəhşətli devalvasiyaya da ehtiyac qalmazdı və valyuta ehtiyatları indiki həddə düşməzdi. Onsuz da həmin dövrdə məzənnənin saxlanmasına rəğmən bank sektoru sürətlə dollarlaşırdı. Mərkəzi Bankın ikinci böyük səhvi üzən məzənnəyə keçmək oldu. Əvvəl də qeyd etdiyimiz kimi, bunun adı üzən məzənnədir. Əslində isə devalvasiya bəhanəsi idi. Mövcud durum üzən məzənnəyə keçidə imkan vermir. Bunun fasadları ağır ola bilər və artıq onu görürük. Çünki ölkənin nə diversifikasiya olunmuş iqtisadiyyatı var, nə qiymətli kağızlar bazarı normal inkişaf edib, nə də strateji məhsulların idxaldan asılılığı aradan qalxıb. Tam üzən məzənnəyə keçid manatı dəfn etməyə bərabərdir. Deməli, söhbət tam idarəolunan üzən məzənnə siyasətindən gedə bilər.

Əsas bankın üçüncü səhvi də məhz sistemsiz idarəolunan üzən məzənnəyə keçid oldu. İlk addım kimi devalvasiyadan sonra 2%-lik marja götürüldü. Nəticədə valyuta bazarında qarışıqlıq yarandı. Valyuta birjasının normal fəaliyyət göstərmədiyi, Mərkəzi Bankın isə bazarı zəruri həcmdə dollarla təmin etmədiyi bir vaxtda marjanın götürülməsi səhv addım idi. Yenidən marjanı bərpa etməklə (bu dəfə 4%) baş requlyator 18 gün əvvəlki səhvini düzəltdi”.

Ekpsertin fikrincə, bu addım bazarda müəyyən sabitlik yaradacaq: “Əlbəttə problemin həlli bunda deyil. Səbəb köklü problemdir. Bu addım da manatın ucuzlaşmasının qarşısını almayacaq, sadəcə qiymətlər arasındakı fərqi və bankların sui-istifadə addımlarını minimuma endirəcək. Ancaq devalvasiyanın qarşısını ala bilməyəcək. Mərkəzi Bank əslində marjanı götürməklə dolların bahalaşması məsuliyyətini bankların üstünə atmışdı. Banklar isə bunu çox nizamsız və təhlükəli şəkildə həyata keçirtdi. Bu, gözlənilən idi. Çünki həm bazar buna hazır deyildi, həm də ajiotaj aradan qalxmamışdı. Marjanı bərpa etməklə Mərkəzi Bank məsuliyyəti yenidən üzərinə götürdü. Bundan sonra manatın ucuzlaşma ağırlığı rəsmi məzənnənin üzərində düşəcək. Bundan sonra rəsmi məzənnənin gündəlik artımını müşahidə edəcəyik. Yumşaq devalvasiya davam edəcək. Banklar öz növbəsində dollar satışını məhdudlaşdıracaq. Hökumət isə manata inamın qaytarılması barədə düşünməlidir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

28 yaşlı oğlan özünü asdı - Qaxda

18 Avqust 2017 09:04

Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"

18 Avqust 2017 08:52

Ronaldo Barselona terrorundan yazdı - Foto

18 Avqust 2017 08:43

"Tin uşaqları" bakılıları əyləndirəcəklər

18 Avqust 2017 08:23

Məktəbli forması seçərkən diqqətli olun - VİDEO

18 Avqust 2017 08:03

Neftçalada avtomobil 65 yaşlı kişini vurub

18 Avqust 2017 07:52

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

18 Avqust 2017 07:47

Tramp Barselonada törədilən terror aktı ilə bağlı KÖMƏK TƏKLİF ETDİ

18 Avqust 2017 07:33

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28