​Tatarıstanda yanğın nəticəsində ana və 5 uşağı ölüb

​Tatarıstanda yanğın nəticəsində ana və 5 uşağı ölüb
10:52 9 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Tatarıstanın Leninoqorsk rayonunun Starıy Kuvak kəndində gecə saatlarında baş verən yanğın nəticəsində ana və 5 uşaq ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli fövqəladə hallar idarəsi mətbuat xidmətinin rəhbəri Aldrey Rodıgin bildirib.
Məlumata görə, yanğın baş verən gecə ailənin 8 üzvündən 7-si evdə olub.
"1968-ci ildə anadan olmuş ailə başçısının bədəninin 75 faizi yanıb. O, yerli xəstəxanaya yerləşdirilib. 5 uşaq və onların anası isə yanğın nəticəsində ölüb", - Rodıgin vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/tataristanda-yangin-neticesinde-ana-ve-5-usagi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR