Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı istedad "Ginnesin Rekordlar Kitabı"na düşdü - video

Azərbaycanlı istedad "Ginnesin Rekordlar Kitabı"na düşdü - video

Date: 9 January 2016 11:20

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan sirk ustası Üzeyir Novruzov Ginnesin Rekordlar Kitabına düşüb.

Axşam.az-ın məlumatına görə, bunu Üzeyir Novruzovun özü "Amerikanın Səsi"nə təsdiq edib.

Üzeyir Novruzovun bildirdiyinə görə, dünən Çinin paytaxtı Pekində keçilən mərasimdə onun dünya rekordunu yenilədiyi təsdiqlənib. Sirk ustası bu rekorda 6 metrlik nərdivanın üzərində fasiləsiz 7 dəqiqə 50 saniyə dayanmaqla imza atıb.

Xatırladaq ki, ABŞ və Azərbaycan auditoriyasına "America's Got Talent" şousuna qatılmaqla təqdim olunan Üzeyir Novruzov göstərdiyi təhlükəli nömrələrlə qısa vaxt ərzində tanınmağa başlamışdı. Şounun yarım finalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində America's Got Talent şousunun finalına çıxa bilmişdi.

Finalda zədələri səbəbilə yüksək performans göstərə bilməyən azərbaycanlı Çarli Çaplin milyonlarla izləyicinin rəğbətini qazanmışdı.


Tags:  uzeyir novruzov ginnesin rekordlar kitabi azerbaycanli ginnesin rekordlar kitabi


RƏYLƏR


Top news