10 yaşlı uşaq 6 ay zibilxanada yaşadı - FOTO

10 yaşlı uşaq 6 ay zibilxanada yaşadı - FOTO
11:05 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ukraynanın Çerkassı şəhərindəki ailələrdən birinin övladı olan 10 yaşlı Boqdan Furman 6 ay əvvəl yoxa çıxmış, itkin düşmüşdü. Polis onu axtarsa da, tapa bilməmişdi.
Uşağın valideynlərinə deyilmişdi ki, Boqdan çox yəqin pedofil qurbanı olub və öldürülüb.
Lakin Boqdanın bu yarım il ərzində zibilxanada, özünə düzəltdiyi kiçik daxmada yaşadığı bəlli olub.

Milli.Az European-a istinadən bildirir ki, Boqdan tapılıb və ailəsinə qaytarılıb.
Dnepr çayının sahilindəki zibilxanada yaşayan Boqdanın dediyinə görə, evdən qaçmasına səbəb valideynləri olub.

"Özümü çox pis, bədbəxt hiss edirdim. Atamla anam içib sərxoş olur, məni hər gün döyürdülər. Bezib evdən qaçdım. Zibilxanada 24 yaşlı oğlanla tanış oldum. O, mənə həm böyük qardaş, həm də ata oldu. Məhz onun sayəsində sağ qaldım. Halbuki, evdə olanda məktəbdən mümkün qədər gec qayıtmağa çalışırdım ki, sərxoş atam məni döyməsin", - Boqdan söyləyib.

Boqdanın sözlərinə görə, zibil yığıb təkrar emal məntəqələrinə təhvil verməklə yaşayırmış.
Boqdanın böyük bacısı Larisa isə deyir ki, qardaşı hər şeyi "tündləşdirir": "Ailəmiz zəhmətkeşdir, kasıbdır. Boqdanı da anam döymürdü. Qardaşımı anlaya bilmirəm".

Boqdanın anası Nadejda Furman polisə minnətdarlıq edib və oğluna bundan sonra daha yaxşı baxacağını söyləyib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR