Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtobus aşdı: 8 ölü, 42 yaralı (FOTO, VİDEO)

Avtobus aşdı: 8 ölü, 42 yaralı (FOTO, VİDEO)

Date: 9 January 2016 11:11

Türkiyədə miqrantları daşıyan avtobus qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, qəza nəticəsində 8 sərnişin həyatını itirib, 42 nəfər isə yaralanıb.

Hadisə Balıkəsir şəhərinin Havran qəsəbəsində baş verib. İdarəetməni itirən sürücü yol kənarında istinad divarına çırpılıb. Divara çırpılan avtobus aşıb.


Qəzadan sonra həyatını itirən sərnişinlər


Hadisə yerinə xilasetmə qüvvələri və təcili yardım həkimləri cəlb edilib.


Balıkəsir, Türkiyə


Yaralılar Balıkəsir, Havran, Edremit dövlət xəstəxanalarına çatdırılıblar. Xəsarət alanlardan çoxunun vəziyyətinin ağır olduğu bildirir.



Qəzadan sonra hadisə yeri


Ötən gün də Türkiyənin Sivricə vilayətində avtobus qəzası baş vermişdi.

Qəza nəticəsində aşan avtobusda olan sərnişinlərdən 26 nəfər yaralanıb. Hadisə Diyarbəkir-İstanbul yolunda baş verib.


Diyarbəkir-İstanbul yolunda baş verən qəza


Xəsarət alanlar xəstəxanaya çatdırılıb və tibbi yardım alırlar. Elazığ xəstəxanasına yerləşdirilən yaralılardan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Ümumilikdə isə qonşu ölkədə havaların sərt keçməsi qəzaların sayını artırıb. Hətta bəzi təyyarə reysləri təxirə salınıb.

Tags:  Avtobus aşdı ölü 42 yaralı FOTO VİDEO

RƏYLƏR


Top news