Hande Yener də rejissor oldu - FOTO

Hande Yener də rejissor oldu - FOTO
11:17 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Rejissorluğa maraq göstərən müğənnilərdən biri də artıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Hande Yener həmkarı və dostu Aylin Coşkunun "Saftirik" mahnısının klip çəkilişi üçün rejissorluq edib. Çəkilişin şərtlərinə görə Aylin 2 saatdan çox cakkuzidə qalıb. 

Hande həmkarına dəstək olmaq üçün "Qız gözəldi, mahnı gözəldi, bundan artıq nə olsun, hər zaman yanındayam" deyib. 

Qeyd edək ki, müğənninin "Rejissorluğu da çox yaxşı bacarıram, Stiven Spilberq kimiyəm" deyərək zarafat etməsi jurnalistlərin diqqətindən yayınmayıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR