Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

 Çin 5-ci nəsil mobil rabitənin tədqiqinə başlayıb

 Çin 5-ci nəsil mobil rabitənin tədqiqinə başlayıb

Date: 9 January 2016 11:18


Pekin, 9 yanvar, AZƏRTAC
Çin 5-ci nəsil mobil rabitə texnologiyasının (5G) tədqiqinə başlayıb.
Ölkənin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir ki, aparılacaq tədqiqat işlərinin nəticəsi olaraq 2020-ci ildə 5G mobil rabitənin kommersiya məqsədilə tətbiqi planlaşdırılır. Tədqiqat işləri çərçivəsində 2018-ci ilədək 5G texnologiyası sınağının təşkili, sonrakı iki ildə isə mobil rabitə operatorlarının kommersiya məqsədilə yeni texnologiyanın tətbiqinə başlaması işlərinin yekunlaşması nəzərdə tutulub.
Ötən ilin sonuna olan məlumata görə, Çində 905 milyon nəfər mobil internet, o cümlədən 408 milyon 4G istifadəçisi var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Tags:   Çin 5-ci nəsil mobil rabitənin tədqiqinə başlayıb


RƏYLƏR


Top news