Sistemi ziyanverici proqramdan necə qorumaq olar?

Sistemi ziyanverici proqramdan necə qorumaq olar?
11:21 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ziyanverici proqramlar - informasiya sistemlərinə ziyan vurmaq üçün yaradılmış təhlükəli proqramlardır. Ziyanverici proqramlar sistemlərə istifadəçinin xəbəri və icazəsi olmadan yüklənir və kompüterin fəaliyyətinə təsir göstərir.
 
Ziyanverici proqramların daha geniş yayılmış növləri - troyanlar, casus proqramları, soxulcanlar, viruslar və şəbəkə qurdlarıdır. Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi  istifadəçilər üçün faydalı olacağını nəzərə alaraq ziyanverici proqramlarla bağlı tövsiyələr hazırlayıb.
 
  • Troyan - xüsusilə yoluxduğu kompüterdən məlumatların toplanması, onların dəyişdirilməsi, kompüterin hakerin nəzarətinə keçməsi və toplanmış məlumatları nəzarəti altında olduğu tərəfə ötürməsi ilə səciyyələnən ziyanverici proqramdır. Troyanların fəaliyyəti adətən iki mərhələdən ibarət olur. Birinci mərhələ hər hansı üsulla kompüterə göndərilmiş ziyanverici proqramı özündə saxlayan faylın kompüterə yüklənməsidir. Bu prosesə misal olaraq, daxilində troyan gizlədilmiş hər hansı şəklin açılması və bu zaman həmin ziyanverici proqramın kompüterə quraşdırılmasını göstərmək olar. Növbəti mərhələdə kompüterə quraşdırılmış ziyanverici proqram sayəsində kompüterin IP ünvanı müəyyən olunur və yoluxmuş kompüter hakerlər tərəfindən idarə olunan sistemin nəzarəti altına keçir. Bundan sonra yoluxmuş kompüter ona nəzarət edən sistem tərəfindən verilən əmrləri qəbul edir və həmin əmrlərə uyğun fəaliyyət göstərir.
 
  • Soxulcanlar (worms) - ziyanverici proqramların ümumi xüsusiyyətlərini özündə əks etdirsə də, öz yayılma xüsusiyyəti ilə onlardan fərqlənir. Belə ki, viruslardan fərqli olaraq, soxulcanlar özünü hər hansı fayla əlavə etməklə deyil, müstəqil şəkildə şəbəkə vasitəsi ilə yoluxur.
 
  • Rutkitlər (Rootkit) – informasiya sisteminə icazəsiz daxil olmaqla özünü gizləyən, administrator səlahiyyətlərini ələ keçirən və sistemi idarə edən ziyanvericidir.
 
 
  • Casus proqramlar - adlanan “spyware”-lər əsasən, kompüterə ziyan vurmur, onlar adətən məlumat oğurlayırlar.
 
Ziyanverici proqramların əsas xarakterik xüsusiyyətləri gizli formada yayılması və sistemə sızması, özünü gizləməsi və istifadəçinin xəbəri olmadan kompüterə ziyan vuraraq məlumatları oğurlamasıdır.
 
Ziyanverici proqramlar kompüterlərə necə nüfuz edir?
 
Ziyanverici proqramlar kompüterlərə İnternet və ya hər hansı yaddaş qurğuları vasitəsilə yoluxur. Belə ki, ziyanverici proqramlar sizin kompüterinizə e-poçt hesabınıza əlavə olunmuş müxtəlif növ fayllar vasitəsilə, eləcə də, internetdən kompüterinizə yükləmək istədiyiniz fayllar vasitəsilə yoluxa bilər. Hər hansı bir keçidə səhvən kliklədikdə və ya tanımadığınız veb sayta daxil olmaq istədikdə siz qeyri-etik məzmuna və ya ziyanverici proqrama malik veb sayta daxil ola bilərsiniz. İstifadəçilərə bir kompüterdən digərinə birbaşa fayl mübadiləsinə imkan verən (P2P) şəbəkələrdə ziyanverici proqramların kompüterlərə yoluxması və yayılması riski də çox böyükdür.
 
Ziyanverici proqramlar kompüterin işinə necə təsir edir?
 
Ümumiyyətlə, kompüterin ziyanverici proqrama yoluxması əlamətləri – “pop-up” (istifadəçinin fəaliyyətindən kənar, avtomatik şəkildə açılan, üzəçıxan) pəncərələr, sistemin performansının enməsi, brauzerə verilən sorğuların arzuolunmaz veb saytlara yönləndirilməsi və s. ola bilər. Ziyanverici proqramlar sistemin normal funksionallığını o dərəcədə aşağı sala bilər ki, sistemin öz işini dayandırması, məlumatların dəyişdirilməsi və şəbəkənin performansının enməsinə səbəb ola bilər. Bundan başqa, bəzən kompüteri yenidən işə salmaq və ya söndürmək mümkün olmur.
 
Kompüterinizin ziyanverici proqramlara yoluxduğunu düşünürsünüzsə:
 
 
  • Login, şifr və digər konfidensial məlumatlardan istifadəni dayandırın. Çünki siz klaviaturadan bu məlumatları daxil etdikcə onlar hakerə ötürülə bilər.
 
  • Dərhal şifrinizi dəyişin və həmin kompüterdən e-poçt və sosial şəbəkə hesablarınıza daxil olmayın.
 
 
  • Kompüterinizin əməliyyat sistemini onlayn təhlükələrdən qorumaq üçün antivirus proqram təminatlarından istifadə edin. Antivirus proqramlarını quraşdırmaq üçün onları etibarlı mənbələrdən endirin və ya əldə edin.
 
  • Mövcud antivirus proqramını işlək vəziyyətə gətirin. Əmin olun ki, antivirus yenilənib və o, kompüterinizi müntəzəm olaraq viruslara qarşı yoxlayır.
 
 
  • Tanımadığınız və ya özünüz quraşdırmadığınız proqram təminatlarının xəbərdarlıqlarına qarşı diqqətli olun. Xəbərdarlıqlarda başqa bir proqramı kompüterinizə yükləmək və quraşdırmağınız tələb oluna bilər. Bu cür xəbərdarlıqlara misal olaraq, xüsusilə kompüterinizdə virus olduğunu bildirən və təmizlənməsi üçün yalnız həmin proqramın istifadəsini tövsiyə edən mesajları misal göstərmək olar. Bu xəbərdarlıqlar çox zaman virus və ziyanverici proqramları asanlıqla sizin kompüterinizə quraşdırmaq üçün istifadə olunur.
 
Qurğularınızdakı proqram təminatlarını müntəzəm olaraq yeniləyin:
 
Kibercinayətkarlar hər zaman proqramlardakı boşluqlardan bacarıqla istifadə etməyə cəhd göstərirlər. Buna görə də:
 
 
  • Müntəzəm olaraq antivirus və anticasus proqram təminatlarını, əməliyyat sistemlərini, mətn prosessorlarını və digər proqramları yeniləyin;
 
  • Proqramların avtomatik yenilənmə funksiyasını aktiv edin;
 
 
  • İstifadə etmədiyiniz proqramları qurğularınızın əməliyyat sistemindən silin.
 
Mürəkkəb şifrlərdən istifadə edin və onları gizli saxlayın:
 
  • Mürəkkəb şifr - minimum 10 simvoldan ibarət olmalı, həmçinin tərkibində hərf, rəqəm və başqa simvolların birləşməsini saxlamalıdır;
 
  • Şifrinizi başqa şəxslərlə bölüşməyin və onları İnternet vasitəsilə ötürməyin;
 
 
  • Eyni şifri bir neçə sosial şəbəkə və ya e-poçt hesabında istifadə etməyin. Çünki şifriniz dələduz tərəfindən ələ keçirildiyi zaman bu sizin bütün hesablarınızın oğurlanması ilə nəticələnə bilər.
 
 
“Firewall”-u heç vaxt deaktiv etməyin:
 
 
“Firewall” kompüteriniz və İnternet arasında müdafiə səddi rolunu oynayır. Onun 1 dəqiqəlik belə sönməsi kompüterin ziyanvericiyə yoluxma riskini dəfələrlə artırır.
 
 
USB yaddaş qurğularından istifadə edərkən diqqətli olun:
 
 
  • Kompüterinizə naməlum USB tipli yaddaş qurğularını qoşmayın;
 
  • USB yaddaş qurğusundakı naməlum faylları açmayın;
 
 
  • USB yaddaş qurğularının kompüterə qoşulması zamanı avtomatik açılması prosesini sistemin sazlamaları bölməsindən deaktiv edin.
 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda motosiklet sürücüsü ilə polis əlbəyaxa oldular

29 Aprel 2017 15:53

Xəstəxanalıq olan əməkdar artist: "Sənət yoldaşlarımın məndən xəbəri yoxdur" - FOTO

29 Aprel 2017 15:52

Qırğızıstanda torpaq sürüşməsi olub - 24 nəfər ölüb

29 Aprel 2017 15:50

Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında (FOTO)

29 Aprel 2017 15:50

Sarkisyan Moskvada pis vəziyyətə düşdü - FOTO

29 Aprel 2017 15:48

Yaz aylarında dərinin və saçların sağlamlığını qorumaq üçün nə etmək lazımdır?

29 Aprel 2017 15:47

Azərbaycanda 3 oğlan zorla müəlliməni qaçırdı

29 Aprel 2017 15:44

Unibank fərdi sahibkarların işini asanlaşdırdı

29 Aprel 2017 15:43

Bu gün 3 ev yanıb

29 Aprel 2017 15:42

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

29 Aprel 2017 15:39

Bu gün 3 ev yanıb

29 Aprel 2017 15:36

Məktəb sayı ən çox və ən az olan rayonların ADI AÇIQLANDI

29 Aprel 2017 15:32

Polisin rezin güllələrinə əhali nizə və oxlarla cavab verdi

29 Aprel 2017 15:32

Torpağa yumurta əkin, MÖCÜZƏYƏ İNANMAYACAQSINIZ... - VİDEO

29 Aprel 2017 15:28

Azərbaycanın turizm imkanları Daşqənddə təqdim olunub

29 Aprel 2017 15:27

124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunur

29 Aprel 2017 15:19

ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ

29 Aprel 2017 15:18

35 "Viaqra" atıb arvadının yanına getdi

29 Aprel 2017 15:17

Hərbi ekspert: "Ermənistan hərbçilərinin atdığı 3 raketin hamısı boşa çıxıb”

29 Aprel 2017 15:13

"Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı!"

29 Aprel 2017 15:13

İslamiada: VIII yarış günündə Azərbaycan və Fələstin yığmaları üz-üzə gələcək

29 Aprel 2017 15:07

Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

29 Aprel 2017 15:03

İnternetdə bu sözləri əsla yazmayın, ölə bilərsiniz!

29 Aprel 2017 15:01

Türkiyə prezidenti Hindistana səfər edəcək

29 Aprel 2017 14:59

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında gözəl mühit var

29 Aprel 2017 14:55

Lavrov: “ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”

29 Aprel 2017 14:53

Hərbi ekspertlər: "Ermənilərin raketləri istifadə müddəti bitmiş, anbarlarda pas atmış sınıq-salxaq qurğulardır"

29 Aprel 2017 14:52

Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar?

29 Aprel 2017 14:46

Tramp:" Sizin artıq Ağ evdə gerçək dostunuz və sponsorunuz var"

29 Aprel 2017 14:43

Türkiyədə "Wikipedia" saytına giriş bağlanıb

29 Aprel 2017 14:42

Raketlərin heç biri hədəfə dəyməyib - "Ermənilərin təriflədiyi ordu budur?"

29 Aprel 2017 14:42

Ötən gün baş verən yol qəzaları

29 Aprel 2017 14:41

Ekspert: Ermənistan hərbçilərinin buraxdığı 3 raket boşa çıxdı

29 Aprel 2017 14:36

“QRU” Moskvadakı Amerika casusunu dir-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI – FOTO

29 Aprel 2017 14:33

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

29 Aprel 2017 14:33

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29 Aprel 2017 14:32

“CinemaPlus Xəmsə” 1 yaşını qeyd edəcək

29 Aprel 2017 14:27

"2.70 əvəzinə 4 manat alır" - Sərnişinləri ölümə daşıyan mikroavtobuslar - VİDEO - FOTO

29 Aprel 2017 14:22

Türkiyədə məscid tikintisində çökmə

29 Aprel 2017 14:21

Azərbaycanlı şairə oğlu ilə Qubada istirahətdə

29 Aprel 2017 14:17

Fransanın yeni "Napoleon"u

29 Aprel 2017 14:15

Türkiyədə məscid tikintisində çökmə - ölən və yaralananlar var

29 Aprel 2017 14:15

Dondurulmuş limon XƏRÇƏNGİN qarşısını alır

29 Aprel 2017 14:13

Qaradağda akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

29 Aprel 2017 14:12

General Mirvətova "Bildiyimə görə, onun qardaşının Kərəm Həsənovla hansısa problemi olub"

29 Aprel 2017 14:12

"Azersun Holding" Azərbaycan dərman bazarında 20-30% paya sahib olmaq niyyətindədir

29 Aprel 2017 14:12

Bu fotolar hər yerdən silinir, silinməmiş siz də baxın

29 Aprel 2017 14:12

Tanınmış müğənninin azadlığa çıxacağı gün bilindi

29 Aprel 2017 14:09

Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"

29 Aprel 2017 14:05

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

29 Aprel 2017 14:03