Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi - FOTO

Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi - FOTO

Date: 9 January 2016 11:32

Vaşinqtonda Barak Obamanın itini oğurlamaq istəyən şəxsi həbs ediblər. 

Milli.az anspress-ə istinadən bildirir ki, 49 yaşlı Skot Stokert ABŞ prezidenti Barak Obamanın Portuqaliya cinsindən olan Bo adlı iti ilə maraqlanıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot "Hampton Inn" otelinə daxil olan zaman tutulub. 

O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisa Merilin Monro və ABŞ-ın 35-ci prezidenti Con Kennedidir. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib. 

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və maçeta aşkar ediblər. 

Bo adlı it Ağ evdə 2009-ci ildən yaşamağa başlayıb. İt "Bo, amerikalı baş komandan cilovda" kitabının qəhrəmanı da olub. 2013-cü ildə ailə Bo kimi eyni cinsdə olan daha bir iti saxlamağa başlayıb. Heyvanın adını Sanni qoyublar. 





Tags:  Barak Obama Baraka Obamanin iti merilin monronun oglu


RƏYLƏR


Top news