Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan "qızıl unitaza" görə pul ödəməlidir (VİDEO)

Ərdoğan "qızıl unitaza" görə pul ödəməlidir (VİDEO)

Date: 9 January 2016 11:31

Ankara birinci instansiya məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məhkəmə şikayəti təmin edilmədiyindən o “qızıl unitaz” işi üzrə məhkəmənin xərclərini ödəməlidir.

ANS PRESS-in məlumatına görə, məhkəmə prezidentin Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri müxalifətçi Kamal Qılıncdaroğluna qarşı iddialarını rədd edib. Məhkəmənin qərarına görə, CXP liderinin hökümətin xərclərinin həddindən artıq olması haqda şərhi siyasi tənqid kimi qiymətləndirilməlidir.


CXP lideri Kamal Qlıncdaroğlu


Məhkəmənin xərcləri 10TL (5.22 manat) civarında hesablanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qərarla razılaşaraq, xərcləri və Qılıncdaroğlunun vəkil üçün sərf etdiyi pulları, yəni 1.5 min TL-ni kompensasiya edəcək.

Ötən ilin iyun ayında Türkiyə prezidenti 100 min TL (52 min manat) təzminat tələbi ilə Qılıncdaroğluna qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasına səbəb kimi CXP liderinin, prezidenti dəbdəbəli həyat tərzi sürməsində və dövlət xərclərinin həddindən artıq olmasında günahlandırması olub. O bildirib ki, "Sizin üçün Ankarada saray tikilib. Sizin təyyarəniz, "Mersedes" markalı maşınınız, hətta qızıldan unitazınız belə var”

Ərdoğan isə bu iddialara cavab olaraq, Qılıncdaroğlunun bunları sübuta yetirəcəyi halda istefa verməyə hazır olduğunu söyləyib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan


2014-cü il prezident seçkilərində qalib gəldikdən sonra Ərdoğan onun üçün tikilən iqamətgaha köçüb. Onun siyasətilə razılaşmayan müxaliflər həmin sarayın qiymətinin 270 milyon avro olduğunu iddia edir. Bu iqamətgahın min otaqdan ibarət olduğu da bildirilir.


Prezidentin iqamətgahı

Tags:  Ərdoğan qızıl unitaza pul ödəməlidir VİDEO


RƏYLƏR


Top news