"Rusiya Suriyanın heyfini Ukraynadan çıxacaq"

"Rusiya Suriyanın heyfini Ukraynadan çıxacaq"
11:52 9 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin Ukraynadakı situasiyanın həlli üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə Boris Qrızlovun təyin edilməsi Donbasdakı vəziyyətə təsir etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Exo Moskva" radiosuna açıqlamasında rusiyalı ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Donbasla bağlı bütün qərarların hamısını şəxsən Rusiya prezidenti Vladimir Putin qəbul edir:
 
"Qrızlovun təyinatı Putinin ona nə qədər qiymət verməsinə işarədir. Məncə, Minsk müqaviləsinin şərtləri yerinə yetirilməyəcək. Bu bölgədə situasiya dəyişməyəcək. Suriya uğursuzluğu Moskvanın aktiv şəkildə Ukraynaya dönməsinə səbəb olacaq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR