Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni il gecəsi damdan evə girən oğru tutuldu - Bakıda

Yeni il gecəsi damdan evə girən oğru tutuldu - Bakıda

Date: 9 January 2016 12:08

Bakıda Yeni il gecəsi baş verən oğurluq hadisəsinin üstü açılıb.

Qafqazinfo.az xəbər verir ki, Nərimanov rayonunda yanvarın 1-də, gecə saat 01 radələrinə Bakı sakini, 1964-cü il təvəllüdlü Çahçud Ağamalıyevin evinə binanın damından eyvana düşərək oradan evə keçməklə oğurluq edilib.

Evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Nərimonov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini, 1990-cı il təvəllüdlü Samir Əzməmmədov saxlanılıb. Araşdırma aparılır.


Tags:  bakida ogurluq bakida yeni il gecesi yeni il ogurluq

RƏYLƏR


Top news