17 yaşadək futbolçulardan ibarət milli komandamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçüncü turu çərçivəsində Sloveniyaya qarşı keçirilən oyunda 0:4 hesabı ilə məğlub olub.
Milli.Az goal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Təbriz Həsənov oyunla bağlı açıqlamasında bütün komponentlərdə rəqibdən geri qaldıqlarını vurğulayıb: "Nə deyə bilərəm ki? Rəqibi təbrik edirəm. Sloveniya bu gün qələbə layiq idi. Sloveniya millisi bütün komponentlərdə bizi üstələdi. Oyun ərzində səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanə etmək istəməzdim. Çünki bura gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir də davam edir. Növbəti matçda daha yaxşı oynayacağımızı düşünürəm".
Milli.Az