"Xəzər Lənkəran" FİFA-nın transfer qadağasının götürüldüyünü açıqlayıb

"Xəzər Lənkəran" FİFA-nın transfer qadağasının götürüldüyünü açıqlayıb
12:07 9 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubuna FİFA tərəfindən qoyulmuş transfer qadağası aradan qalxıb. Bu barədə "Report"a klubun beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirov məlumat verib.
Onun sözlərinə görə, artıq FİFA TMS-də (Transfer Uyğunlaşdırma Sistemi) "Xəzər Lənkəran" üçün 2 keçid dövründə qapalı olan pəncərə açılıb. Bundan sonra klub beynəlxalq oyunçu keçidlərini bu sistemdə qeydiyyata aldıra bilər. Eyni zamanda daxili transferlərin də AFFA və Peşəkar Futbol Liqasında sənədləşdirilməsinə icazə verilib.
Bununla belə, əcnəbi futbolçuların şikayəti əsasında FİFA-nın kluba tətbiq etdiyi cərimə ödənilməmiş qalır. R.Cahangirov hazırda həmin cərimənin hissə-hissə ödənilməsinə nail olmağa çalışdıqlarını bildirib.
Qeyd edək ki, FİFA-nın transfer qadağası üzündən "Xəzər Lənkəran" 2015-ci ilin nə qış, nə də yay transfer dövründə oyunçu transfer edə bilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/xezer-lenkeran-fi-fa-nin-transfer-qadagasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR